<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Tanrım, Sənsən qəlbimin, ürəyimin sakini
 Sənsiz ola bilərmi bircə saniyəm mənim?
 Sənsən mənim ömrümün, taleyimin hakimi,
 Sənsiz keçə bilərmi bircə anım da mənim?

[C1]
   Sən qüdrət, əzəmətsən, heç tapılmaz tay Sənə,
   Qarşında diz çökürəm səcdələrim tək Sənə.

[V2]
 Mərhəmətin ölçüsüz, sonsuz bir asimanmış,
 Hikmətin sona qədər dərk olunmaz bir varlıq.
 Sənin ruhun ən böyük biliklərə açarmış,
 Sənsiz qaranlıq imiş, «işıqlı dünyam» mənim.

[V3]
 Mərhəmətin nur olub dünyaya şəfəq saçdı,
 Ölüm qorxusu üstə İsmin qələbə çaldı.
 Təmizliyin, paklığın Səni Göyə ucaltdı,
 Ümman sevgin önündə damlaymış sevgim mənim.</lyrics>
<title>Tanrım, Sənsən qəlbimin İL113</title>
<hymn_number>113</hymn_number>
</song>